16 
May
2022
13:46
381

Polis hava limanında 12 kq marixuana ələ keçirdi

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları Tbilisi hava limanında marixuananın qeyri-qanuni yolla alınması, saxlanması və daşınması və Gürcüstana narkotik vasitələrin qanunsuz gətirilməsi ittihamı ilə əcnəbi vətəndaşı saxlayıblar.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bununla bağlı məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxs Gürcüstana Cənubi Afrikadan narkotik vasitələr gətirib.

Şübhəlinin çantasının yoxlanılması nəticəsində 11 kiloqram 700 qram marixuana sübut kimi ələ keçirilib. İstintaq müəyyən edib ki, M.M. sözügedən narkotik vasitəni Cənubi Afrikadan Gürcüstana gətirib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 262-ci maddəsinin 4-cü hissəsinin A bəndi və Gürcüstan Cinayət Məcəlləsinin 273-cü maddəsinin 6-cı hissəsi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin Gürcüstana idxalı, habelə külli miqdarda marixuananın qanunsuz əldə edilməsi-saxlanılması və daşınması faktları üzrə araşdırma aparılır.

Cinayətlər 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Bizimlə əlaqə saxlayın