Nika Qvaramia: "Hər şey yaxşı olacaq"
"Mtavari"də qalın və bizimlə azadlıq qazanın! Hər şey yaxşı olacaq".
InterPress.ge xəbər verir ki, bunu "Mtavari Arxi"nin qurucusu Nika Qvaramia 3 il 6 ay həbs cəzasına məhkum edilməsi ilə bağlı qərar çıxdıqdan sonra Facebook-da yazıb.
"Mtavari Arxi"nin təsisçisi Nika Qvaramia və onunla birlikdə təqsirləndirilən Kaxaber Damenia məhkəmə tərəfindən təqsirli bilinib, Zurab İaşviliyə isə bəraət verilib. Məhkəmə Qvaramianı qismən günahkar bilib, hakim onu Cinayət Məcəlləsinin 220-ci maddəsində göstərilən maddələrlə 3 il 6 ay həbs cəzasına məhkum edib.
Zurab İaşviliyə Cinayət Məcəlləsinin 221 və 322-ci maddələri ilə bəraət verilib.
Kaxa Damenia Cinayət Məcəlləsinin 182,220-ci maddəsi ilə ittiham olunub və 50 000 lari məbləğində cərimələnib.