14 
May
2022
12:01
560

Tbilisi və bölgələrdə odlu silah və sursat götürüldü - 10 nəfər saxlanıldı

Polis Tbilisidə və regionlarda qanunsuz odlu silah və sursat götürüb, nəticədə 10 nəfər saxlanılıb.  

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Tbilisi, Acarıstan, Sameqrelo-Zemo Svaneti və Kaxeti bölgələrində qanunsuz odlu silah və döyüş sursatları götürülüb, 10 nəfər saxlanılıb.

Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları iki nəfəri - 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş M.J.-ni və 1994-cü il təvəllüdlü İ.A.-nı qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq, saxlamaq və gəzdirmək ittihamı ilə müxtəlif vaxtlarda Tbilisidə saxlayıb.

Acarıstan Polis İdarəsinin Dedektivlər Bölməsinin əməkdaşları 1993-cü il təvəllüdlü B.Q.-ni qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaq ittihamı ilə saxlayıblar. Həmin idarənin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah və döyüş sursatlarının əldə edilməsi-saxlanması-daşıması ittihamı ilə 1983-cü il təvəllüdlü əvvəllər dəfələrlə məhkum olunmuş K. S. saxlanılıb. Onun üzərində şəxsi axtarış zamanı odlu silah, döyüş sursatı və 7 ədəd patron maddi sübut kimi götürülüb.

Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin Zuqdidi, Senaki, Martvili və Mestia rayon bölmələrinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində müxtəlif vaxtlarda 4 nəfər - 1968-ci il təvəllüdlü O.Ç., 1977-ci il təvəllüdlü B.A., 1961-ci il təvəllüdlü V.P.  və əvvəllər dəfələrlə məhkum olunmuş 1973-cü il təvəllüdlü Z.K. saxlanılıb. Onlar qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq, saxlamaq və gəzdirməkdə ittiham olunurlar.

Kaxeti Polis Departamentinin əməkdaşlarl sərhəd polisi ilə birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü L.P. və 2000-ci il təvəllüdlü L.Q.-nı qanunsuz olaraq odlu silah-sursat almaq-saxlamaq-daşımaqda və qanunsuz ov etməkdə ittiham edərək Laqodexi bələdiyyəsində  saxlayıblar.

Odlu silah və döyüş sursatlarının qanunsuz alınması, saxlanması, gəzdirilməsi və qanunsuz ov faktları Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri, habelə Gürcüstan Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə araşdırılır.

Cinayətlərdə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın