Gömrükçülər gömrükdə külli miqdarda bəyan olunmamış pul ələ keçirdi
Gömrükçülər “Tbilisi hava limanı” və “Kazbeqi” gömrük-keçid məntəqələrində külli miqdarda bəyan olunmamış pul aşkar ediblər.
lnterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən məlumat verilib.
Verilən məlumata görə, gömrükçülər şübhəli bilinən İsrail vətəndaşı H.H.-ya məxsus avtomobilə və Rusiya Federasiyası vətəndaşı A.M.-yə fiziki baxış nəticəsində bəyan olunmayan 45.000 ABŞ dolları və 3.500.000 Rusiya rublu aşkar ediblər.
“Ümumi bəyan edilməmiş məbləğ, Milli Bankın məzənnəsinə əsasən, ümumilikdə 286 865,7 lari təşkil edib.
Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq, qanun pozuntusuna yol vermiş vətəndaşlar sanksiya qismində ümumilikdə 28 686,65 lari (bəyan olunmamış məbləğin 10%-i məbləğində) cərimələniblər", - deyə məlumatda qeyd olunub.


