02 
May
2022
00:07
3922

Şeyx Ramin İgidov Ramazan bayramının vaxtını açıqladı

Müsəlman aləminin Ramazan bayramı artıq yaxınlaşıb. Dünya Müsəlmanları Ramazan bayramının gəlişini səbirsizliklə gözləyir.

InterPress.ge xəbər verir ki, Ramazan bayrami ilə əlaqədar Bütöv Gürcüstanın şeyxi Ramin İgidov bir neçə sualımızı cavablayır.

1. Ramazan bayramı nə vaxtdır?
Ramzan bayramı İslam məzhəblərinə görə fərqli günlərə düşür. Səbəbi də budur ki, bir əqidəyə görə, yer kürəsinin bir nöqtəsində ay görünərsə Ramazan bayramını qeyd etmək olar. Cəfəri məzhəbinin nəzəriyyəsinə görə isə coğrafi üfüqləri yaxın olan yerlərdə ay görünərsə o zaman Ramazan bayramıdır. Peygbərimiz buyurub ki, yeni ay görünən zaman Ramazan başlayır, növbəti ay gördüyünüz zaman Ramazan bitir və fitr bayramı olur. Sabah Ramazanin 30- cu günü, birisi gün isə Ramazan bayramıdır.

2. Ramazan bayramının əməlləri hansılardır?

Ramazan bayramının əməlləri bundan ibarətdir ki, sabah axşamdan ailə üzvlərinin sayına görə adambaşına 3 kq miqdarında- buğda, arpa, qarğıdalı, kişmiş, düyü, xurma və s. hesablayaraq onların xərci qədər (6-8 lari arası) bayram günü yoxsul insanlara vermək lazımdır. Bu İslamda olduqca vacibdir. 
Bayram namazı qılınmalıdır. Bunun da öz qılınma qaydası var. Bayram namazı adətən məscidlərdə qılınır. İnsanlar bir birlərini təbrik etməli və ziyarət etməlidirlər.

3. Ramazan ayından sonra biz nə etməliyik?

Biz Allaha bir ay ibadət etdik,oruc tutduq, dualar etdik, Qədr gecələrində oyaq qaldıq, Qurani- Kərimi başımızın üstdə tutduq və s. Yaxşı olar ki, Ramazan ayında aldığımız dərsləri, ibrətləri digər 11 ayda da yaşasaq yaxşı olar.

4. Ramazan bayramı günü oruc tutmaq olarmı?

Ramazan bayramında və eləcə də (Qurban bayramında da) oruc tutmaq haramdır. O gün insanlar Ramazan bayramının sevincini yaşayırlar. Həmin gün Allahın nemətlərini dadmaq lazımdır. Yaxşı olar ki, həmin gün insanlar yoxsulları da yada salsınlar, yalnız özləri bayram etməsinlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər