Rəşan Ziyədəliyev həftənin birincisi oldu
Formula televiziyasının "Missiya" yarışması davam edir.
InterPress.ge xəbər verir ki, Marneuli rayonunun, Qızılhacılı kənd sakini Rəşan Ziyədəliyev Formula televiziyasının "Missia" yarışmasında iştirak edir. 12 lider namizəddən Rəşan Ziyədəliyev seçilib.
Marneulini təmsil edən Rəşan Ziyədəliyev edilən zənglərlə həftənin birincisi oldu.
Rəşanın növbəti turda iştirak etməsi üçün dəstək olanlar və olmaq istəyənlər yenidən 0800 001 013 nömrəsinə zəng vuraraq Rəşana səs verə bilər.
Zəng bütün nömrələrdən pulsuzdur və bir nömrə ilə yalnız bir dəfə səs vermək olur. Zəng etdiyiniz zaman gürcü dilində "zənginiz qəbul olundu" deyiləcək və səsiniz qeyd olunacaq. Zəng pulsuzdur. Zəngi 24 saat ərzində istəlinən zaman edə bilərsiniz.
Məlumat üçün bildirək ki, yeni səslər mayın 7- dən 14-dək qeydə alınacaq.


