29 
Apr
2022
14:33
745

Borjominin istehsalı dayandırıldı

Sanksiyalara görə IDS Borjomi istehsalı müvəqqəti olaraq dayandırır.

InterPress.ge xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Şirkətin yaydığı məlumata görə, “IDS Borjomi Georgia Ukraynada hərbi əməliyyatlar başlayandan bəri çətin vəziyyətdədir”.

“Şirkətin məhsullarının satışı üzrə əsas bazarlardakı çətin vəziyyət bank hesablarına əlçatanlığın məhdudlaşdırılması ilə daha da mürəkkəbləşib və bu, şirkətin valyuta gəlirlərini almaq və kreditorlarla hesablaşma imkanlarını bağladı.

Şirkət vəziyyətin düzəldilməsi ümidi ilə bu günə qədər fəaliyyətini davam etdirirdi, təəssüf ki, indiyə qədər bu mümkün olmadı.

Yuxarıda göstərilənləri nəzərə alaraq şirkət aprelin 29-dan etibarən hər iki Borjomi qablaşdırma zavodunda istehsal prosesini müvəqqəti olaraq dayandırmağa məcburdur.

Ümid edirik ki, vəziyyət yaxın gələcəkdə yaxşılaşacaq və bizim fəaliyyətimizi bərpa etmək imkanımız olacaq", - IDS Borjomi Georgia-nın bəyanatında deyilir.

2013-cü ildən Alpha Group IDS Borjomi-nin 60% nəzarət paketinə sahibdir.  Alpha Group-un yaradıcısı Maykl Fridman sanksiyaya məruz qalan oliqarxlar siyahısındadır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər