Əhalinin diqqətinə! Milli Bank xəbərdarlıq edir...
Milli Bankın yaydığı məlumata görə, son vaxtlar sosial şəbəkələrdə reklam xarakterli məlumatlara tez-tez rast gəlinir ki, şirkət bu vasitələrlə müştərilərə yüksək faizlə depozit açmağı təklif edir.
InterPress.ge xəbər verir ki, Milli Bank əhaliyə xəbərdarlıq edir.
Müştərilərə pul yatırmaq əvəzinə yüksək faizlə “depozit” açmağı təklif edən şirkət “Sphere Holding”in tərkibində olan “Sphere Invest” təşkilatıdır.
"Gürcüstan Milli Bankı bildirir ki, bu şirkət lisenziyalı kommersiya bankı və ya qeydiyyatdan keçmiş bank olmayan depozit təşkilatı - kredit birliyi deyil. Müvafiq olaraq, mövcud qanunvericiliyə görə, onun depozit almaq və ya depozit müqaviləsi bağlamaq hüququ yoxdur.
Milli Bank bir daha vətəndaşları öz şəxsi vəsaitlərini üçüncü şəxslərə həvalə edərkən xüsusi diqqət yetirməyə və ilk növbədə şirkətin etibarlılığı və fəaliyyəti ilə bağlı məlumatları yoxlamağa çağırır.
Nəzərinizə çatdıraq ki, Milli Bankdan lisenziya almış və/və ya dövlət qeydiyyatına alınmış təşkilatlar haqqında ətraflı və vaxtaşırı yenilənən məlumatlar Milli Bankın rəsmi internet saytında yerləşdirilir və burada istənilən maraqlı şəxs zəruri və əhatəli məlumat əldə edə bilər.
Əlavə suallarla bağlı Gürcüstan Milli Bankının qaynar xətti ilə əlaqə saxlamağınız xahiş olunur - 2 406 406 ", - Milli Bankın yaydığı məlumatda deyilir.


