11 
Apr
2022
22:02
349

Gürcüstan Prezidenti Aİ tərəfindən sorğu vərəqinin verilməsinə münasibət bildirdi: "Hamımız birləşməliyik"

Bu gün Gürcüstan tarixində ən əlamətdar günlərdən biridir. Bu gün biz Avropa İttifaqından anket aldıq, biz bunu neçə ildir ki gözləyirdik".

InterPress.ge xəbər verir ki, bu barədə  Gürcüstan prezidenti Salome Zurabişvili brifinqdə deyib.

Salome Zurabişvilinin fikrincə, anketin qəbulu qeyri-adi yeni imkandır və bunun üçün biz Avropa İttifaqına, onun rəhbərliyinə, Avropa Şurasına, daha çox Ukraynaya və Ukrayna uğrunda mübarizəyə təşəkkür etməliyik.

"Bu gün Gürcüstan tarixində ən əlamətdar günlərdən biridir. Bu gün biz Avropa İttifaqından bir neçə ildir gözlədiyimiz bir sorğu aldıq, əgər yaxşı nəticələnsə, bu, ölkəmiz üçün qeyri-adi yeni şans olacaq. Bunun üçün biz Avropa İttifaqının bütün üzv dövlətlərinə, Avropa İttifaqının rəhbərliyinə, Avropa Şurasına, daha çox Ukraynaya və Ukrayna uğrunda mübarizəyə təşəkkür etməliyik. Bu faciəvi vəziyyəti nəzərə alaraq, Aİ bu prosesi sürətləndirmək və onu bürokratikdən daha çox siyasiləşdirmək qərarına gəlib. Brüsseldə olarkən öyrəndiklərim və sonra reallığa çevrilən budur. Bu gün mən görürəm ki, bu anket Ukrayna, Moldova və Gürcüstana verilib”, - Salome Zurabişvili bildirib.

Prezidentin sözlərinə görə, Gürcüstanın Avropa İttifaqından sorğu alması böyük məsuliyyətdir və bizim çağırışa cavab verə biləcəyimiz yalnız bizdən asılıdır.

Salome Zurabişvili bütün qüvvələri səfərbər olmağa və birləşməyə çağırıb.

"Bu, sadəcə bir sorğu vərəqi və ona "bəli" və "yox" cavabı deyil. Bu, ölkəmiz üçün çox böyük məsuliyyətdir. Biz hamımız gələcək nəsil qarşısında cavabdehik. Biz ya bu çağırışın öhdəsindən gələcəyik, ya da bacarmayacağıq. Tamamilə özümüzdən asılıdır. Heç kimdən asılı deyil ona görə də bütün qüvvələr bunun üçün səfərbər olunmalıdır. Bu,hər hansı bir qrupun qərarı və səyi ilə həll oluna bilməyən məsələdir. 9 aprel və bu günə gəlməyimizdən 31 il keçir. Bu günə tam yekdilliklə yanaşmamağa haqqımız yoxdur. Bunun ətrafında birləşməyənlər Gürcüstan ətrafında birləşməyiblər və Gürcüstanın gələcəyinə inanmırlar. Odur ki, mən hamıya səslənirəm, şəhərdə və ya kənddə, əhaliyə, siyasi partiyalara, hamımız birləşməliyik! Bu, milli razılıqdır və əminəm ki, biz bunu edə bilərik", - Zurabişvili deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər