06 
Apr
2022
14:45
1226

Gürcüstanda müəyyən növ siqaretlərdə qıtlıq müşahidə olunur

Son həftələrdə tütün məmulatlarının qiyməti qalxıb. İstehlakçıların sözlərinə görə, 8-9 lari olan siqaretlərin qiyməti hətta keçən həftə 13 lariyə qədər artıb, baxmayaraq ki, bu, qısa müddət ərzində olub və sonrakı günlərdə qiymət yenidən ucuzlaşıb.

InterPress.ge xəbər verir ki, artıq yerli bazarda müəyyən növ siqaretlərin qıtlığı müşahidə olunur. 

Bu, Rusiyanın Ukraynada başlatdığı müharibə ilə bağlıdır.  Çünki Ukrayna bu baxımdan Gürcüstana əsas idxalçılarından biri idi.

O cümlədən, Milli Statistika Xidmətindən verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında Ukraynadan 3 milyon 677 min 570 ABŞ dolları dəyərində siqar, siqaril və siqaret idxal edilib, onun arxasınca 2 milyon 583 min 640 ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri gəlir, üçüncü yeri isə 1 milyon 839 min 250 ABŞ dolları ilə İran tutur. Ümumilikdə, 2022-ci ilin yanvar-fevral aylarında Gürcüstan 9 milyon 222 min 360 ABŞ dolları dəyərində siqar, siqaril və siqaret idxal edib.

2021-ci ildə tütün idxalı 101 milyon 795 min 670 dollar təşkil edib.  İdxal edən ölkələr siyahısına 77 milyon 960 min 60 dollarlıq idxalla Ukrayna başçılıq edir. Müvafiq olaraq, məlum olur ki, tütün idxalının 76,6%-i Ukraynadan gəlir.  Ötən il Ermənistan 9 milyon 807 min 890 dollarla ikinci, Birləşmiş Ərəb Əmirlikləri isə 6 milyon 497 min 690 dollarla üçüncü ən böyük idxalçı olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər