15 
Fev
2022
20:59
18471

QƏRAR VERİLDİ: Azərbaycan Gürcüstan vətəndaşları üçün sərhəddi açır

Azərbaycana daha bir neçə ölkə vətəndaşının uçuşuna icazə veriləcək.

InterPress.ge xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb.

İmzalnan qərara əsasən, Azərbaycan hava sərhədini Gürcüstan vətəndaşları üçün açır.

Bildirilir ki, hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə veriləcək:

Albaniya Respublikası;

Dominikan Respublikası;

Filippin Respublikası;

Gürcüstan;

Hindistan;

İndoneziya;

İran İslam Respublikası;

Kolumbiya Respublikası;

Moldova Respublikası;

Özbəkistan Respublikası;

Pakistan İslam Respublikası;

Peru Respublikası;

Tacikistan Respublikası;

Tailand Krallığı;

Tunis Respublikası;

Türkmənistan Respublikası;

Venesuela Bolivar Respublikası.

Bizimlə əlaqə saxlayın