01 
Fev
2020
15:54
798

Tailandda sərnişindən taksi sürücüsünə koronavirus keçdi

Tailandda koronavirusa yoluxan ilk şəxsin taksi sürücüsü olduğu məlum olub.

İnterPress.ge “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Tailand Epidemioloji Nəzarət Departamentinin Baş direktoru Tanarak Phiphat efirdə canlı yayımda açıqlayıb.

Onun sözlərinə görə, sürücü koronavirusa çinli turisti Bankok xəstəxanalarından birinə aparan zaman yoluxub: “Həmin şəxs özünü pis hiss etdiyi andan etibarən həkimə müraicət edib. Onun yaxınlarında və iş yoldaşlarında xəstəlik aşkarlanmayıb”.

Qurum rəhbəri onu da qeyd edib ki, taksi sürücüsünün yoluxmasına səbəb olan turistin də kimliyi məlumdur, o artıq müalicə olunub və ölkəsinə göndərilib.

Qeyd edək ki, Tailandda koronavirusa 19 nəfər yoluxub, onların 17-si Çin vətəndaşlarıdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər