11 
May
2020
17:41
730

Giorgi Qaxaria: "Gürcüstan üçün pandemiya mütləq iqtisadi dirçəliş imkanı olmalıdır"

"Gürcüstan üçün bu pandemiya və qlobal kizis mütləq iqtisadi dirçəliş və irəliləyiş üçün bir imkan olmalıdır".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria jurnalistlərlə söhbət zamanı bildirib.

Giorgi Qaxaria qeyd etdi ki, Batumidə turizm sahəsinin nümayəndələri ilə görüşlər keçirdi.

“Məlum olduğu kimi, turizm pandemiya zamanı ən çox zərər görən iqtisadi sektor oldu və biz bu sektorda imkanlarımızı məhdudlaşdırmamalıyıq, əksinə, biz bu krizisdən istifadə etməliyik. Biz bu sektorda qlobal rəqabətdən söhbət edirik digərləri ilə müqayisədə, bizdə pandemiya ilə, müvəffəqiyyətli mübarizə aparıldığına görə, deyə bilərik ki, Gürcüstanın turizm sektorunda inkişaf etməsi üçün hər cür resursu var və biz bu krizisdən öz leyhimizə istifadə edə bilərik, – dedi Giorgi Qaxaria.

Bizimlə əlaqə saxlayın