Marneulidə polis binasının qarşısında etiraz edildi - VİDEO
Ötən gün Əzizkənd sakinlərinin keçirdiyi etiraz aksiyasında iştirak edən müəllimə Zenfira Hacıyeva polisə çağırılıb.
InterPress.ge-yə müsahibə verən Z. Hacıyeva bildirib ki, onu 2 sentyabr tarixinda Marneuli polis şöbəsinin müstəntiqi polis idarəsinə çağırıb və ötən gün məktəbdə baş verənlər haqda sorğu keçirib.
Hacıyeva bildirir ki, müstəntiq ona deyib ki, o, müəllimə məktəbdə işləyəcəkdir və o, toxunulmazdır. Bu gün isə müstəntiq dünən dediklərini inkar edir.
“Bu gün mən bura gələndə belə bir məsələ çıxardılar ki, güya 2019-cu ildə bizim kənddə intihar hadisəsi olub və həmin intiharın şahidi mən olmuşam. İndi məni şahid qismində polis bölməsinə çağırıblar, bundan sonra mən onlara dedim ki, bunun hamsı yalandır. Nəyə görə aksiyanın sabahı günü bu iş ortaya çıxır? Buradan bilinir ki, mənim söz azadlığımı əlimdən almaq üçün mənə təzyiq göstərməyə çalışırlar. Bu gün bizim tələbimiz dəyişməz olaraq qalır”, - deyə Z. Hacıyeva qeyd edib.
Z. Hacıyevaya dəstək olmaq üçün polis idarəsinin qarşısına toplaşan həmkarları Zenfira Hacıyevaya dəstək nümayiş etdirərək qeyri-etik hərəkətlər edən xanım müəllimənin məktəbdən çıxarılmasını tələb etdilər.
Polisə çağırılan xanımın vəkili Əli Bədirov bu hadisəni təzyiq kimi dəyərləndirir.
“Müstəntiq Eldar Bolkvadze Zenfira Hacıyevanı dünən başqa mövzu ilə bağlı çağırmışdı bu gün isə başqa. Bu gün biz buraya gəldik və müstəntiqlə görüşmək istəsək də, onun müsahid olmadığını qeyd etdilər. Daha sonra həmin müstəntiq təsadüfən aşağı endi və mən ona sual ünvanladım ki, müəlliməyə niyə təzig göstərirsiniz, o mənə cavabında bu sualın provakasiya xarakterli olduğunu və müəlliməyə heç bir təziq olmayıb. Zenfira xanıımın polisinə çağrılmasına səbəb kimi, güya kimsə 2019-cu ildə həyatını dəyişib və xaım bu hadisədə şahid olub. Buradan belə nəticə çıxarmaq olar ki, Zenfira xanıma təzyiq göstərmək istədilər ancaq bacara bilmədilər”, - deyə Əli Bədirov deyib.


