28 
May
2021
11:09
302

"Georgian Times”-ın həmtəsisçisinə fiziki təzyiq etdiyinə görə bir nəfər saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları 1986-cı il təvəllüdlü A.K – ni Media Holding “Georgian Times”-ın həmtəsisçisinə qarşı fiziki zorakılıq ittihamı ilə Tbilisidə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

“İstintaq müəyyən edib ki, bu il mayın 25-də təqsirləndirilən şəxs Tbilisidə Merab Kostava küçəsindəki "Georgian Times" media holdinqinin ofisi qarşısında Namaxvani SES-in tikintisinə etiraz edənlərlə birlikdə hərəkət edərkən media holdinqin həmtəsisçisinə fiziki təzyiq edib - 1994 təvəllüdlü P.Q – ya bayraq dirəyi ilə vurub, nəticədə zərərçəkən üzündən xəsarətlər alıb” , - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Əməliyyat-istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları qısa müddətdə təqsirləndirilən şəxsin kimliyini müəyyənləşdirib və hadisənin ertəsi günü təqsirləndirilən şəxs qismində saxlanılıb.

Zorakılıq faktı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsi ilə araşdırılır.

Bizimlə əlaqə saxlayın