25 
May
2021
15:33
5833

Nazir quru sərhədlərlə bağlı açıqlama verdi

"1 iyun tarixindən etibarən quru sərhədlərinin açılması qaydalara uyğun olaraq və diqqətlə həyata keçiriləcək".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib.

"Gürcüstanda çox sayda insanın, turizm sektorunun və əhalinin gözlədiyi vacib bir qərar yəqin ki, quru sərhədlərinin açılmasıdır. Qərar verdik ki, 1 iyun tarixindən etibarən Gürcüstanın qonaqları və beynəlxalq ziyarətçilər üçün quru sərhədlərini açaq.

Əlbəttə bu, çox diqqətli olmaqla, konkret qaydalara riayət etməklə, sərhəddə PISAR testinin mənfi cavabını təqdim etməklə baş tutacaq, lakin bu, təhlükəsiz ev sahibi olan Gürcüstan üçün, digər prioritet qruplarla birlikdə iqtisadiyyatı sürətlə bərpa olunan ölkə üçün o baxımdan güclü bir mesajdır ki, müxtəlif yollarla daxil olacaq turistləri gözləyir. Yalnız hava yolu ilə deyil, quru yolu ilə də. Bildiyiniz kimi, bu artan turist sayında və ölkəyə gələnlərin artmasında əks olunan çox müsbət bir hadisə olacaq", - söyləyib Natia Turnava.

Nazirin sözlərinə görə, sərhədlərin açılması iqtisadi vəziyyətə dərhal təsir edəcək.

“Epidemiyaya nəzarət ilə, beynəlxalaq turistlər üçün, tədricən hava və quru yollarını açmağımız iqtisadi vəziyyətimizə və müxtəlif faktorların təsir göstərdiyi və turistlər tərəfindən gətiriləcək valyuta gəlirləri indi hamımızın gördüyü GEL məzənnəsinin sabitləşməsinə təsir göstərəcək. Həmçinin bu faktın yaratdığı müsbət gözləntilərə təsir edəcək. Quru sərhədlərinin açılması çox vacib bir qərardır", - qeyd edib nazir.

Bundan əlavə, Turnava, həftəlik uçuşların tezliyini artıran və bazara daxil olan yeni havayollarının sayının sürətlə artdığını söyləyib.

"Bu, Tbilisi Beynəlxalq Hava Limanına, eləcə də Batumi Beynəlxalq Hava Limanına və yenilənmiş Kutaisi Beynəlxalq Hava Limanına aiddir. Məsələn, bu gündən etibarən yay dövrü üçün 350-dən çox həftəlik uçuş açıqlamlarımız və gözləntilərimiz var, bunu müxtəlif aviaşirkətlər sübut edir.

Yaz pik mövsümünün rekord sayda turist gördüyü 2019-cu ildə həftədə təxminən 800 uçuş olurdu. Həm vətəndaşlarımıza, həm də turistlərə xidmət göstərən uçuşların təxminən yarısının, 50%-nin bərpa ediləcəyini gözləyirik. Bu, turizmin bu il beynəlxalq tərəfdaşlarımızın ilin əvvəlindəki mühafizəkar gözləntilərindən daha sürətli bərpa olacağını düşünməyə əsas verir. Bu, əlbəttə ki, ilk növbədə iqtisadiyyata təsir edir, çünki turizm özlüyündə böyük bir sektordur", - Natia Turnava deyib.

Natia Turnavanın qeyd etdiyinə görə, sərhəd ümumilikdə 50-dən çox ölkə üçün açıqdır.

"İndiyə qədər 47 idi və indi xüsusi bir siyahı əlavə edilir və bu 55 ölkəyə qədər artır, mənfi PISAR testi ilə ziyarətçilərə həm hava, həm də quru sərhədlərindən ölkəyə daxil olmağa icazə veririk. Bundan əlavə, istənilən ölkədən tam peyvənd kursundan keçmiş ziyarətçilərə icazə veririk. Artıq küçələrdə ilk turizm qruplarının meydana çıxdığını görə bilərsiniz", - bildirib Turnava.

Bizimlə əlaqə saxlayın