07 
Apr
2020
18:21
811

Yoluxma təhlükəsi: Batumidə iki təcili yardım qrupu özünü təcrid etdi

"Batumidəki iki təcili yardım qrupu, yoluxmuş bir şəxslə təmasa görə təcrid vəziyyətinə alındı".

InterPress.ge xəbər verir ki, bu barədə Batumi təcili yardım xidmətinin rəhbəri Mindia Kaxidze deyib.

Altı nəfərdən ibarət iki komanda 60 yaşlı bir pasiyentin zəngi üzərinə maska və əlcəkdə onu götürməyə getdi, daha sonra onda COVID-19 olduğu aşkar edilib.

"Əvvəlcə xəstəyə yerindəcə kömək edildi. İkinci zəngdən sonra onu klinikalardan birinə köçürdülər. Koronavirusa xas olan simptomlar yox idi və səyahət tarixi yox idi. Dalaqdan narahat olduğunu söylədi" dedi Kaxidze jurnalistlərə.

60 yaşlı xəstənin harada və necə yoluğu hələ bilinmir.

Qeyd edək ki, Gürcüstanda ümumilikdə 5 tibb işçisi koronavirus infeksiyasına yoluxub. Bunlardan ikisi həkim, biri tibb bacısı, ikisi tibb bacısının köməkçisi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər