05 
May
2021
17:17
475

İrakli Qaribaşvili Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mayın 5-də Fəxri xiyabanı ziyarət edib.

InterPress.ge xəbər verir ki, hökumət başçısı dünya azərbaycanlılarının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

İ.Qaribaşvili daha sonra Şəhidlər xiyabanını ziyarət edib. O, Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər