Çin peyvəndi üçün qeydiyyatdan keçənlərin sayı açıqlandı
"İndiyə qədər 6705 nəfər Çin peyvəndi Sinofarm üçün qeydiyyatdan keçib".
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri Amiran Qamğrelidze məlumat verib.
Amiran Qamğrelidzenin izah etdiyinə görə, ilk mərhələdə 50 min insan Çin peyvəndi "Sinopharm" üçün qeydiyyatdan keçə bilər.
"Bu səhər üçün 6705 nəfər ilkin qeydiyyatdan keçib. İki dəfə vurdurulması lazım olan 100 min doza sahibik. 50 min nəfər qeydiyyatdan keçə bilər. Portal mayın 15-dək qapadılmışdı, bu gün hansı tarixədək açacağımıza qərar veriləcək, əlçatımlılığı necə genişləndirəcəyimizi müzakirə edəcəyik”, - dedi Qamğrelidze.
Onun sözlərinə görə, Çin peyvəndi olan Sinofarma aktivlik yüksəkdir.
"Aktivlik kifayət qədər yüksəkdir, bir dəfəyə qeydə alınan 6700 nəfər az deyil. İnsanlar hələ daha az məlumata sahibdirlər. Bu mərhələdə 50 min insan sərbəst qeydiyyatdan keçə bilər”, - dedi Qamğrelidze.


