Qiorqi Rurua azad edildi
"Mtavari Arxi" kanalının qurucularından biri olan Qiorqi Rurua həbsxananı tərk etdi.
InterPress.ge xəbər verir ki, Rurua Qldani 8-ci Cəzaçəkmə Müəssisəsindən sərbəst buraxılıb.
Qiorqi Ruruanın həbsdən azad edilməsi, vasitəçilərin iştirakı ilə hökumət və müxalifət arasında əldə edilmiş razılığın bir hissəsi idi.
Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün Qiorqi Ruruanın əfv aktını imzaladı.
"Razılaşmanın ilk mərhələsinin yerinə yetirilməsini alqışlayıram! Öz tərəfimdən verdiyim sözə əməl etdim və əfv aktını imzaladım!
Kaxa Kuçavanın parlamentin sədri seçilməsi münasibətilə təbrik edirəm! Bu gün ilk dəfə xalqın verdiyi mandatdan istifadə edib parlamentə gələn bütün millət vəkillərini təbrik edirəm!
Hamınıza uğurlar diləyirəm!”, - Prezident sosial şəbəkədə yazıb.


