25 
Apr
2021
16:54
682

Marneulidə dəstək aksiyası keçirildi - FOTO

Bu gün Marneulidə aksiya keçirildi.

InterPress.ge xəbər verir ki, aksiya Marneulinin girişində Yenədə Böyüyəcəklər abidəsinin ərazisində baş tutdu.

Marneuli bələdiyyəsinin müxtəlif kəndlərindən olan etirazçılar Çxaltuboda Rioni dərəsində və Çaqeri bələdiyyasində hökumət tərəfindən inşa edilən Namaxvani SES- nın tikilməsinə "Gürcü torpağı satılmır", "Namaxvani SES-ə yox", "Marneuli sizinlədir" yazılı banerlərlə etiraz edirlər.

Aksiya iştirakçıları eləcə də Gürcüstanda yaşayan milliyyətindən, dinindən asılı olmayaraq hər kəsi aksiyaya qatılmağa çağırdılar.

Qeyd edək ki, Çxaltubo bələdiyyəsinin Rioni dərəsində və Çaqeri bələdiyyasində yerli əhalinin etirazlarına və bununla bağlı keçirilən aksiyalara baxmayaraq hökumət tərəfindən "Namaxvani"SES-in inşası planlaşdırılır.

Bizimlə əlaqə saxlayın