23 
Apr
2021
15:02
468

Pasxada hansı tədbirlər görüləcək? - Qamğrelidzedən açıqlama

“Pasxada ritual tədbirlərin təvazökar şəkildə keçirilməsi üçün Patriarxlıqla danışıqlar aparılır”.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.

Qamğrelidze müqəddəs yeddilik vaxtında qəbirstanlığa ailədən bir və ya iki adamın getməsini məsləhət görüb.

"Pasxa öncəsi dövrü mümkün qədər təvazökar qeyd etmək üçün Patriarxlıqla danışıqlar aparılır, yəni məbədlərdə olan hər kəs tövsiyələrə əməl etməlidir: maska, məsafə, sıx olmayan ibadətgahlar. Artıq hava şəraiti imkan verir və keçən il olduğu kimi günəş şüası altında müvafiq məsafə ilə durulması daha yaxşıdır. Bütün bunlar keçən il yaxşı şəkildə həyata keçirildi və bu səbəbdən ritual tədbirlərindən hər hansı bir epidemiya olmadı. Ən əsas xahiş, müqəddəs yeddilik vaxtında təvazökar olmağımızdır. Qəbirstanlığa bir ailədən bir və ya iki adam gedək və şam yandıraq”, - dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın