23 
Apr
2021
10:41
269

Mixeil Çxenkeli: “Kitab bir-birimizə verə biləcəyimiz ən yaxşı hədiyyələrdən biridir”

“Kitab bir-birimizə verə biləcəyimiz ən yaxşı hədiyyələrdən biridir”.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Təhsil və Elm Naziri Mixeil Çxenkeli məlumat verib.

Mixeil Çxenkeli ictimaiyyəti Kitab Günü münasibətilə təbrik edib və #kitabhədiyyəet kampaniyasına daxil olmağa çağırıb.

“Ümumdünya Kitab və Müəllif Hüquqları Gününün təxminən 20 ildir ki, Gürcüstanda qeyd olunduğuna şadam. Bu günün dünya ədəbiyyatının dahiləri ilə əlaqəli olması simvolikdir. Ümumdünya Kitab və Müəllif Hüquqları Günü 1995-ci ildə UNESCO tərəfindən elan edilmiş və 23 aprel 1996-cı ildən bəri qeyd olunur. Gürcüstanda bu gün, kitab hədiyyə günü kimi təsis edilmişdir ki, bu da kitabın təbliği üçün əla bir təşəbbüsdür. Kitab bir-birimizə verə biləcəyimiz ən yaxşı hədiyyələrdən biridir, əminəm ki, hədiyyə kitabı hər birimiz üçün xüsusi yadda qalan şeylərdən biridir.

Xahişim budur ki, #kitabhədiyyəet kompaniyasına qoşulaq, əziz insanlarınız üçün gözəl hədiyyə edin və oxumaları üçün motivasiyalarını yüksəldin”, - dedi nazir.

Bizimlə əlaqə saxlayın