21 
Apr
2021
15:53
805

Bu məhdudiyyətlər qüvvədə qalır

“Profilaktik tədbirlərin ciddi şəkildə qorunmasına və icrasına xüsusi əhəmiyyət verilir”.

InterPress.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Qiorqi Ğibradze, Şura iclasından sonra bildirib.

İdarələrarası Koordinasiya Şurası yeni məhdudiyyətlər barədə hələ qərar verməyib.

Onun sözlərinə görə, ciddi məhdudiyyətlərin qarşısını almaq və epidemioloji vəziyyətin daha da kəskinləşməməsi üçün, İdarələrarası Koordinasiya Şurasının qərarına əsasən, ölkədə saat 21: 00-dan 05: 00-dək olan hərəkət məhdudiyyəti qüvvədə qalır.

"Həmçinin həftə sonları qida obyektləri ilə əlaqədar məhdudiyyətlər qüvvədə qalır, bu da onların yalnız çatdırılma xidmətində işləməsi deməkdir; Həm dövləti həm də özəl sektoru bir daha mümkün qədər distant iş rejiminə keçməyə çağırırıq; Eyni zamanda, təcrid olunan şəxslərin, onlarla təmasda olan şəxslərin və ölkəyə daxil olanların özlərini təcrid etməsinə nəzarət mümkün qədər sərtləşdiriləcək; Həmçinin sərhədə daxil olan şəxslərin PISAR testinin 72 saat ərzində keçirilmiş olmasına diqqət gücləndiriləcək; Halların aşkar edildiyi müəssisələrdə epidemioloji təhlükəsizlik tədbirləri mümkün qədər sərtləşdirilməli və işəgötürənlərin maksimum iştirakı ilə aktiv testlər aparılmalıdır”, - dedi Ğibradze.

Şuranın qərarına görə, maskadan düzgün istifadə və məsafənin qorunması, hökumətin qərarı ilə keçirilməsi qadağan edilən ictimai tədbirlər də daxil olmaqla izdihamlı toplaşmalar daha da ciddi şəkildə nəzarət altına alınacaq.

"Koordinasiya Şurası bir daha əhalini müəyyən edilmiş qaydalara riayət etməyə, maskadan istifadə etməyə, sosial məsafəni qorumağa və izdihamlı toplantılar təşkil etməkdən və iştirakdan çəkinməyə çağırır", - dedi Qiorqi Ğibradze.

Bundan əlavə, Ğibradze, epidemiyanın pisləşdiyini nəzərə alaraq şuranın, yaşlı insanlara mümkün qədər evdə qalmağı tövsiyə etdiyini qeyd edib.

Qiorqi Ğibradze, tətil günlərində ictimai nəqliyyatın hərəkətinin qadağan edilib-edilməyəcəyi və Pasxa vaxtında şəhərlərarası nəqliyyatın hərəkətinin məhdudlaşdırılıb-məhdudlaşdırılmayacağı sualına da cavab verib.

Ğibradzenin sözlərinə görə, bu gün əlavə tədbirlərin tətbiq edilməsi barədə heç bir müzakirə olmayıb, lakin mövcud epidemioloji vəziyyət gündəlik olaraq qiymətləndirilir və növbəti qərarlar buna müavfiq olaraq veriləcək.

"Bu anda əlavə tədbirlərin tətbiqi barədə heç bir müzakirə olmadı, ancaq mövcud epidemioloji vəziyyətə görə gündəlik olaraq müzakirə olunur, əlavə ölçülər barədə qərar veriləcək.

Tətillərə gəldikdə, bildiyiniz kimi, ölkədə işləri düzgün davam etməsi üçün lazım olan xidmətlər var, buna görə qaydalarla tətillərə aid olmayan xidmətləri müəyyənləşdiriləcək, qalan hamısı tətil qaydalarına daxil ediləcək", - dedi Qiorqi Ğibradze.

Bizimlə əlaqə saxlayın