21 
Apr
2021
15:24
595

Əlavə məhdudiyyət olacaqmı? - Hökumət rəhbərliyindən açıqlama verildi

"Əlavə qaydalar və əlavə təzyiqlərdən qaçınmaq üçün əlimizdən gələni edirik".

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyasında keçirilən brifinqdən sonra İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Qiorqi Ğibradze məlumat verib.

Onun sözlərinə görə, qaydaların sərtləşdirilməməsi üçün hamının mövcud qaydalara ciddi əməl etməsi lazımdır.

"Koordinasiya Şurası tərəfindən verilən hər hansı bir qərar, epidemioloji vəziyyətlə şərtlənir. Qaydaların icrasının iki tərəfinin olması vacibdir: biri, ona nəzarət edən orqanlar tərəfindən həyata keçirilməli, digəri isə əhali tərəfindən həyata keçirilməlidir, çünki bu, iki tərəfli hərəkətdir və yalnız icraçı hökumətin bunun qeydinə qalması doğru deyil.

Əlavə qaydalar və əlavə təzyiqlərdən qaçınmaq üçün əlimizdən gələni edirik", - dedi Ğibradze.

Bizimlə əlaqə saxlayın