Polis on nəfər narkotik satıcısı saxladı
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə İdarəsi və Baş Prokurorluğun əməkdaşları birgə keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində 10 nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, saxlanılanlar aşağıdakılardır:
1988-ci il təvəllüdlü R.A.
1973-cü il təvəllüdlü H.P.
1996-cı il təvəllüdlü E.E.
1971-ci il təvəllüdlü R.E.
1985-ci il təvəllüdlü Q.T.
1996-cı il təvəllüdlü İ.G.
Onlar narkotik vasitələrinin qanunsuz alınması - saxlanması və satılmasında ittiham olunurlar.
Cinayət 8 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutur.
Araşdırmada təqsirləndirilən şəxslərin sistematik olaraq narkotik satdıqları məlum olub.
Hakimin qərarına əsasən, hüquq-mühafizə orqanları dəfələrlə təqsirləndirilən şəxsdən "eroin" narkotik vasitənin nəzarət alış-verişini və sözügedən alış-verişlərini gizli audio-video qeydini həyata keçiriblər. Polis, saxlanılan şəxslərin şəxsi və yaşayış evlərində aparılan axtarış zamanı pul və cib telefonlarını dəlil olaraq ələ keçirib.
2001-ci il təvəllüdlü İ.İ və 1988-ci il təvəllüdlü Q.A-ya gəlincə, hüquq mühafizəçiləri onları Qırmızı Körpü magistral yolunda avtomobildə çox miqdarda eroin daşıyarkən saxlayıb. Saxlanılan şəxslərin şəxsi və avtomobilində aparılan axtarış zamanı sübut kimi 6 kiloqrama qədər eroin götürülüb.
Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” və “b” bəndləri ilə, habelə 4-cü hissəsi və 6-cı hissəsinin "a" yarımbəndi ilə istintaq aparılır.
Tbilisi-Rustavi-Qırmızı Körpü magistral yolunda hüquq-mühafizə orqanları məhkəmə qərarına əsasən 1967-ci il təvəllüdlü E.F.-də şəxsi axtarış aparıblar. Axtarış nəticəsində xüsusilə külli miqdarda narkotik maddə "eroin" və pul sübut kimi götürülüb.
Polis Lilo bazarı yaxınlığında narkotik ittihamına görə başqa bir şəxsi də saxlayıb. Təqsirləndirilən şəxs qismində 1960-cı il təvəllüdlü Z.B. saxlanılıb. Şəxsi axtarış nəticəsində sübut kimi 1 kiloqrama qədər eroin götürülüb.
Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin "a" bəndi ilə istintaq aparılır.


