21 
Apr
2021
12:46
256

VMH tərəfdarları Rustavi həbsxanası yaxınlığında Meliaya dəstək aksiyası keçirirlər

“Kimsə Nikanın azadlığı ilə alver edə bilməyəcək". Bu şüar ilə "Milli Hərəkat"ın üzvləri və tərəfdarları, Rustavi həbsxanasının yaxınlığında partiya sədri Nika Meliaya dəstək aksiyası keçirirlər.

InterPress.ge xəbər verir ki, etirazçılar, Nika Melia ilə yanaşı digər siyasi məhbuslara da həmrəylik ifadə etdiklərini söyləyiblər.

Onların sözlərinə görə, müxalifət partiyası liderləri sənədi imzalamadan əvvəl Rustavi həbsxanasında saxlanılan Nika Melianı məlumatlandırmalı idilər.

Aksiyada Gürcüstanın dövlət himni səsləndirilib.

“Vahid Milli Hərəkat”ın üzvləri və tərəfdarları əvvəlcə Tbilisidə, Respublika Meydanına toplaşıblar, sonra Rustavidəki cəzaçəkmə müəssisəsinə yürüş ediblər. “Vahid Milli Hərəkat”ın liderlərindən Zaal Udumaşvilinin sözlərinə görə, Nika Melia həbsxananı tərk etdikdən sonra partiya gələcək planlarını müzakirə edəcək.

“Nika Melia, Qavrilovun işi üçün girov ödəməyəcək, bu ləyaqət məsələsidir. Hökumətə bir sualım var, niyə prokurorluq Nika Melianın həbsdən azad olunmasını istəyirsə, həbs qətimkan tədbirinin dəyişdirilməsi tələbi ilə daxil olmur", - dedi Udumaşvili.

Bizimlə əlaqə saxlayın