21 
Apr
2021
12:12
627

Kovid klinikasının pəncərəsindən özünü ataraq intihar etdi

Kutaisidə Çxobadze adına kovid klinika şöbəsində pəncərədən bir nəfər atlayıb.

InterPress.ge xəbər verir ki, 64 yaşlı kişi hadisədən bir neçə saat sonra vəfat edib.

Hadisə dünən axşam baş verib.

Klinikadan verilən məlumata görə, xəstə beş gün ərzində oğlu ilə klinikada müalicə alıb və qəfildən pəncərədən atlayıb.

Hadisənin səbəbi məlum deyil. İlkin məlumata görə, xəstənin heç bir zehni problemi olmayıb.

Faktla bağlı istintaq başladılıb.

Bizimlə əlaqə saxlayın