Avtomobillərdə bu qadağan oluna bilər - YENİ QANUN
Gürcüstanda taksilərdə tütündən istifadə qadağan oluna bilər.
InterPress.ge xəbər verir ki, taksilərdə siqaret çəkməyin qadağan edilməsi təşəbbüsü “Gürcüstanın Tütün Nəzarəti Qanunu”un tətbiqi barədə qərarında qeyd olunur.
Taksilərdə siqaret çəkməyi inzibati xətaya çevirmək və qanunu pozanları cəzalandırmaq nəzərdə tutulur. Bu təşəbbüs hazırda yalnız tövsiyə formasıdır. Parlamentin qərarında, taksilərdə siqaret çəkməyin qadağan edilməsindən əlavə, yetkinlik yaşına çatmayanların iştirakı ilə xüsusi avtomobillərdə tütün istehlakının da qadağan edilməli olduğu da bildirilir.
"Taksilərdə və avtomobillərdə yetkinlik yaşına çatmayanların iştirakı ilə tütündən istifadəyə qadağa qoyulması barədə müzakirə edilməsinin vaxtıdır və bu tətbiqetmə tütünlə mübarizə tədbirlərini gücləndirəcək"- sənəddə qeyd edilir.
Hakim komandanın qanun layihəsini nə vaxt irəli sürəcəyi hələlik məlum deyil, lakin parlamentin 13 aprel tarixli qərarı islahat normalarının Gürcüstan əhalisinin 86%-i tərəfindən dəstəkləndiyini göstərir.
Məlumat üçün bildirək ki, Gürcüstanda 1 May 2018- ci ildən etibarən qanunvericilik dəyişikliklərinə görə, bütün ictimai binalarda və ictimai nəqliyyatlarda tütün istehlakı qadağan edilmişdir. Bundan əlavə, o vaxtdan bəri tütün məhsullarının reklamı ilə əlaqəli bir sıra məhdudiyyətlər tətbiq edilmişdir.


