26 
Mar
2021
15:12
987

Sinoptiklər Gürcüstanda martın 31-dək olan hava proqnozunu açıqladı

Martın 26-27-də Gürcüstanda nisbətən soyuq və vaxtaşırı yağışlı hava şəraiti davam edəcək, havanın temperaturunun ovalıqda və aranda +5, +10 dərəcə olacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.

Məlumata görə, dağlıq ərazilərdə qar yağacaq, qar fırtınası və duman ola bilər. Martın 27-də bəzi yerlərdə güclü külək əsəcək. Martın 28-də yalnız bəzi ərazilərdə yağıntılı olacağı, temperaturun +8, +13 dərəcə qədər yüksələcəyi gözlənilir.

Martın 29-31-də Gürcüstanın qərbində əsasən yağmursuz hava olacaq və +12, +17 dərəcəyə qədər isti olacaq. 30-31 mart tarixlərində Şərqi Gürcüstanda hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu +7, +12 dərəcə olacaq.

26-27 mart tarixlərində Tbilisidə az yağış yağacağı ehtimalı var. Martın 27-də güclü külək əsəcək. 28-29 mart tarixlərində yağmursuz, 30-31 martda isə yağmurlu hava şəraiti gözlənilir. Havanın temperaturu +10, +12 dərəcə olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər