26 
Mar
2021
11:36
323

Ədliyyə Evi həftə sonu müştərilərə sürətləndirilmiş xidmət göstərməyə davam edəcək

Ədliyyə Evi, 27 Mart tarixindən etibarən şənbə və bazar günləri müştərilərə sürətləndirilmiş xidmət göstərməyə davam edəcək.

InterPress.ge xəbər verir ki, müştərilər üç böyük şəhərdə - Tbilisi, Batumi və Kutaisidə sürətləndirilmiş birgünlük xidmətdən yararlana biləcəklər.

Tbilisi və Batumi Ədliyyə Evləri həftə sonları - saat 10: 00-dan 17: 00-dək, Kutaisi Ədliyyə Evi isə yalnız şənbə günləri - 10: 00-dan 17: 00-dək müştəriləri qəbul edəcək.

Bu filiallarda həftə sonları, pandemiyadan əvvəlki dövrdəki kimi, Dövlət Xidmətləri İnkişaf Agentliyinin müəyyən kateqoriyalı xidmətlərindən yararlanmaq mümkün olacaq. Veb saytdakı xidmətlərin tam siyahısı linkdə qeyd edilmişdir: (http://psh.gov.ge/main/page/7/558)

Ədliyyə Evlərindəki xidmət hələ də portalda əvvəlcədən qeydiyyat prinsipi ilə mövcuddur - my.gov.ge. Elektron sistem müştərlərə bu xidməti beş dildə təqdim edir - maraqlanan şəxs gürcü, abxaz, ingilis, erməni və Azərbaycan dillərində qeydiyyatdan keçə bilər.

Bizimlə əlaqə saxlayın