21 
Mar
2021
07:56
4093

ELAN EDİLDİ - Bu gün Marneulidə Komendant saatı pozulacaq

"Gürcüstan uğrunda" hərəkatı bu dəfə Marneulidə komendant saatını pozacaq.

InterPress.ge xəbər verir ki, aktivistlərin bu qərarına səbəb hökumətin etnik azərbaycanlı vətəndaşlarının tələbinə qulaq asmamaqları və Novruz Bayramında bir gecəlik komendant saatını ləğv etməməkləri olub.

"Gürcüstan hökuməti etnik azərbaycanlı vətəndaşlarımızın bir gündür komendant saatının qaldırılması üçün Novruz Bayramını tam qeyd edə bilməsi xahişinə qulaq asmadı!

Buna görə də həmrəylik elan edirik və sabah saat 21-dən sonra Marneuli küçələrində komendant saatını nümayişkaranə şəkildə pozacağıq və yerli sakinlərlə birlikdə bayramda iştirak edəcəyik!

"Siyasi komendant saatı bitməlidir!" - deyı Hərəkatın bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın