20 
Mar
2021
21:42
837

Avropalı Gürcüstan Novruz bayramında Hökumətin komendant saatını ləğv etməməsinə münasibət bildirdi

"Avropalı Gürcüstan" partiyası Gürcüstanda yaşayan etnik azlıqların Novruz bayramında komendant saatının ləğv edilməsi barədə xahişinə rədd cavabı verən hökumətin qərarına münasibət bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə partiyanın rəsmi "Facebook" hesabında bildirilib.

"Gürcü Arzusu" Diaspora Komitəsinin bazasında Milli Azlıqlarla Əlaqələr Şurası yaratdı. Bu qərar Gürcüstan vətəndaşları olan etnik azlıqları qeyri-bərabər vəziyyətə gətirən hökumətin səhv, təxribat və əsassız addımlarının davamıdır. Diaspora termini yerli kontekstdə əcnəbi ölkə vətəndaşları qrupunu təsvir etmək üçün istifadə olunur. Heç bir Gürcüstan vətəndaşı diaspor ola bilməz, çünki etnik mənşəyindən asılı olmayaraq hər biri cəmiyyətimizin ayrılmaz hissəsidir. Nəticə etibarı ilə, Parlamentin bu qərarı, bütün Gürcüstan vətəndaşlarına bərabər yanaşmayan hökumətin səhv, təhrif edilmiş təmsilçiliyinin məhsuludur. "Gürcü Arzusu" hakimiyyətə gəldiyi gündən bəri əksəriyyəti etnik, dini ədavəti təhrik edən zorakı qrupları qoruyur, gücləndirir və təşviq edir. Diaspora komitəsinin bazasında belə bir komissiyanın yaradılması narahat edən kontekstdir.

Hökumətin səhv yanaşmalarının bir hissəsi etnik azərbaycanlı əhalinin Novruz bayramını ləyaqətlə qeyd edə bilməsinə rədd cavabı verməsidir. Hərəkət məhdudiyyətinin müvəqqəti qaldırılması vacib idi, hansı ki, hökumət artıq çoxluqdakı dini qrup üçün bunu etdi və azlıqlar üçün eynisini etmək istəmədi. Hökumət futbol matçında iştirak etmək istəyənlərin hərəkət etməsinə icazə verir və ölkəmizdə əsrlər boyu qeyd olunan 21 Martı qeyd edən on minlərlə Gürcüstan vətəndaşı üçün bunu etmək istəmir.

"Gürcü Arzusu"nun bu siyasəti bir tərəfdən vətəndaş hüquqlarını və vətəndaş sülhünü pozur, zorakı nifrət qruplarını təşviq edir, digər tərəfdən Gürcüstanın suverenliyinə təhlükə yaradır və ölkəmizin düşmənlərinə qarşı təxribatlar üçün münbit zəmin yaradır", - deyilir partiyanın açıqlamasında.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər