25 
Yan
2020
23:40
1989

Giorgi Qaxaria Türkiyədə zəlzələ nəticəsində həlak olanların ailələrinə baş sağlığı verdi

Gürcüstanın baş naziri Giorgi Qaxaria Türkiyədə baş verən zəlzələdə həlak olanların ailələrinə baş sağlığı verdi və Türkiyə ilə həmrəy olduğunu bildirdi.

İnterPress.ge-nin məlumatına görə, baş nazir bu barədə öz Tvitter səhifəsində yazıb.

“Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində zərər görənlərin ailələrinə baş sağlığı diləyirəm və onlarla həmrəy olduğumu bildirmək istəyirəm. Bu ağır dəqiqələrdə Gürcüstan Türkiyənin yanındadır” – yazır Giorgi Qaxaria öz “Tvitter” səhifəsində.

Qeyd edək ki, Türkiyədə güclü zəlzələ dünən axşam saatlarında baş verdi.

Belə ki, zəlzələnin episentri ölkənin şərq hissəsində, Əlazığ əyalətində qeydə alındı.

Zəlzələnin gücü 6,8 maqnituda olub və 10 dəfə təkrarlanıb.

Zəlzələ nəticəsində, 22 nəfərdən çox insan həlak olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər