08 
Fev
2021
15:30
243

Yüzlərlə britaniyalı alim Çinə məlumatlar ötürməkdə ittiham olunur

Böyük Britaniya təhlükəsizlik qüvvələri Çinə son silahlarla bağlı gizli məlumat verməkdə şübhəli bilinən təxminən 200 britaniyalı alimi nəzarətə götürüblər.

InterPress.ge xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumatlı mənbəyə istinadən xəbər yayır.

Qəzetin yazdığına görə, onlar düşmən dövlətlərə strateji cəhətdən əhəmiyyətli sahələrdə “intellektual mülkiyyətin ötürülməsinin qarşısını almağa yönəlmiş sərt ixrac məhdudiyyətlərini” pozmaqda şübhəli bilinirlər.

Britaniya hökuməti ölkədə ondan çox universitetdə çalışan 200-dən çox vətəndaşına müvafiq bildiriş göndərməyə hazırlaşır. Onlar təyyarələr, raket dizaynı və kiber silahlarla əlaqəli ən qabaqcıl hərbi texnologiyalarla bağlı gizli araşdırmaların nəticələrini Çinə ötürməkdə şübhəli bilinirlər.

İstintaq altında olan bir çox alimin Çin şirkətləri ilə ticarət sövdələşmələri edərək səhvən qanunları pozduğundan şübhə edilir.

“Yaxın gələcəkdə məhkəmələrdə onlarla alimi görə bilərik”, - deyə qeyd edilir.

Bizimlə əlaqə saxlayın