03 
Fev
2021
09:01
552

Yerin yaxınlığındakı qalaktikada müəmma alimləri çaş-baş qoydu

Astronomlar ilk dəfə olaraq kiçik və çox qədim cırtdan qalaktikada qaranlıq maddənin genişlənmiş halosunu kəşf ediblər. Müəlliflərə görə, bu, Kainatdakı ilk qalaktikaların əvvəllər düşünüləndən daha kütləvi olduğunu göstərir.

InterPress.ge-nin məlumatına görə, tədqiqatın nəticələri “Nature Astronomy” jurnalında yayımlanıb.

“Süd Yolu” onlarla cırtdan qalaktikalarla əhatə olunub. Bunların arasında Yerdən cəmi 163 min işıq ili məsafəsində yerləşən ultra incə cırtdan “Toucan II” qalaktikası da var.

Belə hesab olunur ki, metal tərkibi az olan ulduzlar kainatda hələ ağır elementlərin yaranmadığı dövrdə meydana gəlib. “Toucan II” də ulduzlarının metal tərkibinə görə kimyəvi cəhətdən ən ibtidai qalaktikalardan biridir.

ABŞ-dakı Massaçusetts Texnologiya İnstitutunun (MIT) astronomları astrofizikləri, Böyük Britaniya və Avstraliyadan olan həmkarları ilə birlikdə, “Toucan II” qalaktikasına aid, lakin mərkəzdən olduqca uzaqda olan bir neçə ulduz aşkar ediblər. Tədqiqatçıların fikrincə, bu, onun əvvəllər düşünüldüyündən üç-beş dəfə daha kütləli qaranlıq materiya halosuna sahib olmasını göstərir.

“Qaranlıq maddə olmasaydı, qalaktika sadəcə dağılardı. Qaranlıq maddə - qalaktikaların yaranmasının və dayanmasının vacib bir hissəsidir”, - deyə məqalənin həmmüəllifi, MIT aspirantı Anirudh Çiti izah edib.

“Bu qədər uzaq ulduzları birləşdirdiyi üçün “Toucan II” qalaktikasının düşündüyümüzdən daha çox kütləsi var imiş”, - deyə o, əlavə edib.

Bizimlə əlaqə saxlayın