31 
Yan
2021
23:02
1228

InterPress.ge-nin bir yaşı qeyd olundu - FOTO

Bu gün, InterPress.ge xəbər portalının 1 yaşı qeyd olunub.

InterPress.ge məlumat verir ki, tədbir Marneulidə yerləşən Ata Holding binasında qeyd olunub.

Yaş mərasiminə QHT rəhbərləri, diplomatlar, ictimai fəallar və jurnalistlər qatılıb.

Tədbirin aparıcısı Leyla Əmrahova çıxış üçün sözü Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Rafiq Hümmət, Azərbaycanın Gürcüstandakı səfirinin birinci katibi Anar Rəsulov, Marneuli axundu Hacı Hacıyev, Ümumi Gürcüstan Müsəlmanları Ali Din İdarəsinin sədri və şeyxi Mirtağı Əsədov, AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov və Aktual.ge xəbər portalının rəhbəri İlkin Hüseyinov-a verib.

Çıxış edənlər InterPress.ge-nin qurucusu və rəhbəri Nahid Qurbanov-a uğurlar arzu edib və fəaliyyətindən bəhs ediblər.

Eyni zamanda GAİM-in icraçı direktor Rafiq Hümmət Nahid Qurbanova bir yaşı münasibətilə hədiyyə təqdim edib.

Tədbirin sonunda Nahid Qurbanov tədbirə qatılanlara təşəkkürlərini bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər