31 
Yan
2021
20:10
7121

Sabahdan etibarən bu məhdudiyyətlər qaldırılacaq

Epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətlər 1 fevraldan mərhələli şəkildə ləğv ediləcək.

InterPress.ge xəbər verir ki, sabahdan Bələdiyyə nəqliyyatı, məktəblər, mağazalar və ticarət mərkəzləri Batumidə, Zuqdididə, Qoridə, Potidə və Telavi şəhərlərində fəaliyyətlərini bərpa edəcəklər.

Tbilisidə mağazalar və ticarət mərkəzləri fəaliyyətlərini bərpa edəcəklər.

Acarıstanda 1 fevraldan etibarən qida obyektlərində qonaqların açıq yerlərdə qəbul edilməsinə icazə veriləcək.

Digər bölgələrdə otellər də daxil olmaqla restoran və qida müəssisələri mövcud rejimdə - çatdırılma xidməti ilə fəaliyyət göstərməyə davam edəcəkdir.

Qeyd etmək lazımdır ki, toylara, müxtəlif sosial tədbirlərə və şənliklərə qoyulan qadağa qüvvədə qalır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər