Qamğrelidze: "Yanvar ayı ərzində sabitləşmə dinamikasına sahibik"
"Yanvar ayı ərzində yaxşı sabitləşmə dinamikasına sahibik, yəni müsbət nisbət aşağı endi. Bu səhər ölkə ərazisində 3.8% idik".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.
O, əhalinin maksimum qaydalara riayət edəcəyi təqdirdə, yoluxma riskinin olmayacağını söyləyib.
"Acarıstandakı vəziyyət xüsusilə yaxşıdır, bu da virus dövranının intensivliyinin ciddi şəkildə azaldığına işarədir və biz onu qorumalıyıq. Əlbətdə ki, hər hansı bir yüngülləşdirmə və liberallaşma yoluxma hallarının artması riskidir, lakin eyni zamanda bütün qaydalara və tövsiyələrə əməl etsək, ilk növbədə maska taxsaq, məsafəni qorusaq, böyük toplantılardan imtina etsək, o zaman çoxalma baxımından çox riski olmayacaq", - dedi Qamğrelidze.


