Daxili İşlər Nazirliyi bəyanat yayır
Daxili İşlər Nazirliyi bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, bəyanatda bildirilir:
"Formula TV” və “Birinci Kanal”ın efirində yayımlanan süjetlərə münasibət bildirmək istəyirik, hansı ki, yenə də polis məmurları ağır şəkildə ittiham olunur və Daxili İşlər Nazirliyi qəsdən nüfuzdan salınır. "Formula" televiziya şirkətinin süjetində, heç bir əsas və dəlil olmadan, polis fahişəliyi qorumaqda günahlandırılır. Süjetin müəllifi cəmiyyətə iddialı şəklində məlumat verir, onların süjetlərindən bir sitatda deyilir - "Polis fahişəliyi qoruyur". Bugünkü hesabatda Daxili İşlər nazirinin şərhini təfsir etdilər, polis maşınının onların hazırladığı hesabatla bir əlaqəsi olduğunu şərh etdilər. Keçən həftə, hesabat yayımlanmadan əvvəl adları çəkilən şəxslərin Daxili İşlər Nazirliyinin əməkdaşları olmadıqları barədə məlumatlandırılsalar da, yalan məlumatlar yaymağa davam etdilər.
Həmçinin “Birinci Kanal” tərəfindən hazırlanan reportajda qəsdən nüfuzdan salma halı var idi, xüsusən də patrul müfəttişini narkotik ötürmədə günahlandırdılar, şəklini yayımladılar və ictimaiyyətə məlumat verdilər ki, guya Daxili İşlər Nazirliyinin bu şəxsin narkotik vasitə ilə əlaqəsi olduğu haqda məlumatı var idi, hansı ki, idarə heç bir tədbir həyata keçirməyib. Həmçinin, Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi tərəfindən vəzifəsindən sui-istifadə ittihamı ilə keçən həftə saxlanılan polis məmurunun, guya “Birini Kanal”ın efirində yayımlanan süjetdə adı çəkilən patrul müfəttişi ilə əlaqədə olduğu haqda absurd versiyalar təqdim etdilər. Onlar tərəfindən adı çəkilən patrul müfəttişinin narkotin vasitənin ötürülməsi ilə əlaqədar saxlanılmaması və həbs edilməməsi barədə, Daxili İşlər naziri “Birinci Kanal”ın jurnalistinə şərh zamanı açıqlayıb. Nazirin bu şərhindən sonra mətbuat xidməti hesabat müəllifinin verdiyi məlumatın həqiqətə uyğun olmadığını bir daha açıqladı. Daxili İşlər Nazirliyinin mətbuatda təsdiqlənməmiş məlumatlar da daxil olmaqla hər bir qanun pozuntusuna fəal şəkildə cavab verdiyini vurğulayırıq",- deyə açıqlamada bildirilir.


