30 
Yan
2021
13:03
3318

Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə- Xidmətlər tədricən bərpa edilir

1 fevraldan etibarən Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi xidmətlərini tədricən bərpa edəcəkdir.

InterPress.ge xəbər verir ki, gündəlik rejimdə nəqliyyat vasitələrinin qeydiyyatı, gömrük rəsmiləşdirilməsi, təkrar ixrac və ixracla bağlı prosedurlardan keçmək mümkün olacaqdır.

Müvafiq icazə testini keçmiş və ya testi keçməyə ehtiyac duymayan şəxslər üçün silah qeydiyyatı tamamilə bərpa ediləcəkdir.

Artıq nəzəri imtahandan keçən şəxslər sürücülük hüququ əldə etmək üçün praktik sınaq imtahanında iştirak edə biləcəklər.

1 fevraldan etibarən yenə də sürücülük imtahanının nəzəri hissəsində iştirak etmək məhdud olaraq qalacaq.

Ayrıca, vətəndaşlar silah qeydiyyat icazəsi testindən müvəqqəti keçə bilməyəcəklər.

Xidmət agentliyi vətəndaşları xidmətlərdən yararlana bilmələri üçün agentliyə maska ilə gəlməyə çağırır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər