29 
Yan
2021
17:33
873

Ekaterine Dqebuadze: "Ümumi təhsil müəssisələri 1 fevraldan etibarən şagird qəbuluna tam hazırdır"

"Nazirlik, fevralın 1-dən siniflərdə tədris prosesinin davam edəcəyi məktəbləri Səhiyyə nazirinin qərarı ilə bütün lazımi resurslarla təchiz etdi".

InterPress.ge xəbər verir ki, bu barədə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirinin müavini Ekaterine Dqebuadze deyib.

Onun sözlərinə görə, ümumi təhsil müəssisələri şagird qəbul etməyə tam hazırdır.

"Nazirliyin 2020-2021 tədris ilinin əvvəlində verdiyi tövsiyələr qüvvədə qalır, xüsusən məktəb özü üçün müəyyən edə bilər: dərsin müddəti; dərs prosesinə başlama vaxtı, səviyyələrə / siniflərə görə; dəyişiklikləri çevik şəkildə planlaşdırmaq; şagird təhlükəsizliyi və məktəb infrastrukturu nəzərə alınaraq qarışıq təlim modeli planlaşdırılsın; qarışıq model planlaşdırarkən, I-IV sinif şagirdləri üçün fiziki şəkildə məktəb məkanında dərslərin planlarşıdırılması məcburi təyin olunsun; təhsil prossesini planlaşdırarkən, məktəbin infrastrukturu səbəbindən və məktəblərin yükünün azaldılması üçün şənbə günü dərs günü kimi istifadə edilsin; məktəbin davamiyyətli təhsilə başladığı andan distant təhsildə iştirak edə bilməyən və ya etməyən şagirdlərlə fərdi və yə qrup şəkilində çalışma təmin edilsin", - deyə Dqebuadze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər