28 
Yan
2021
10:53
976

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 723 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 256 287 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 932 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 246 459 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 19 nəfər ölüb və ölənlərin ümumi sayı 3127 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 17 850 test aparılmışdır. Bunlardan 10 718-i sürətli antigen testi, 7 132-si isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər