27 
Yan
2021
13:01
664

Kutaisidə məhdudiyyətlərin qaldırılmasını tələb edən etiraz aksiyası keçirilir

Kutaisidə Bələdiyyə binası qarşısında etiraz aksiyası keçirilir.

InterPress.ge xəbər verir ki, etirazçılar koronavirusun qarşısının alınması məqsədilə tətbiq olunan məhdudiyyətlərin qaldırılmasını tələb edir və etiraz çadırı açmağa hazırlaşırlar.

Vətəndaş fəalı Nika Narsianın sözlərinə görə, ölkədəki qaydaların tibbi məsələlərlə heç bir əlaqəsi yoxdur və siyasi məqsədlərə xidmət edir.

"8 il ərzində müsbət heç nə baş verməyib və indi insanları evlərinə qapadılar. Bunlar siyasi kovid tənzimləmələridir, bu məhdudiyyətlər tibbi məsələlərə xidmət etmir, insanların evlərindən çıxmamasına xidmət edən siyasi bir məsələdir. Ancaq görürsünüz ki, xalq yavaş-yavaş oyanır", - Nika Narsia dedi.

Aksiyaya paralel olaraq, hüquq-mühafizə orqanları bələdiyyə binasının qarşısına cəlb olunub.

Bizimlə əlaqə saxlayın