Amiran Qamğrelidze pandemiyanı məğlub edə biləcək dörd əsas istiqaməti açıqladı
"Əhalinin nə qədər hissəsinin koronavirus əleyhinə peyvənd edilməsinə razı olduğu faiz nisbəti dəyişir, bu da bir neçə amilə bağlıdır".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze söyləyib.
Qamğrelidzenin sözlərinə görə, ölkədə peyvənd əleyhinə güclü hərəkat mövcuddur və eyni zamanda əhali peyvənd barədə lazımi məlumatlara sahib deyil.
Eyni zamanda, Amiran Qamğrelidze pandemiyanı məğlub edə biləcək dörd əsas istiqamətin adlarını çəkib.
"Rəqəmlər həmişə dəyişkəndir və söhbət yalnız kovid peyvəndindən getmir. Bildiyiniz kimi, dünyada peyvənd əleyhinə hərəkat mövcuddur və bu bizdə də çox güclüdür. Məncə bunun əsas səbəblərindən biri əhali arasında məlumat çatışmazlığıdır. Buna görə kömək etməliyik, çünki pandemiyanı məğlub etməyin yolu üç və ya dörd istiqamətdən keçir: Düzgün və vaxtında tətbiq olunan ağlabatan məhdudiyyətlər, əhalinin kütləvi peyvəndlənməsi və üçüncü, birbaşa təsir göstərən antivirus dərmanların istifadəsi, hansı ki, əminəm artıq bu il olacaq.
Həmçinin digər bir yol, yəqin ki, müzakirə ediləsidir, müəyyən bir müddətdən sonra virusun bioloji dövrünün sona çatmasıdır, bir qədər zəifləyəcək və il ərzində zəif bir virusa və ya qrip virusu kimi mövsümi bir virusa çevriləcəkdir. Ancaq xatırlatmaq istərdim ki, bütün bunlar nəzəri müzakirə mövzusudur", - dedi Amiran Qamğrelidze.


