21 
Yan
2021
10:42
815

Gürcüstanda koronavirusla bağlı son statistika

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1137 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 251 071 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1179 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 238 101 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 11 nəfər ölüb və ölənlərin ümumi sayı 2 998 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 17 019 test aparılmışdır. Bunlardan 9 840-ı sürətli antigen testi, 7179-u isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın