04 
Dek
2020
13:10
307

Qabunia: "Dünən Gürcüstanda 17 minədək test edildi, bu da rekord göstəricidir"

“ Dünən Gürcüstanda 17 minədək sürətli və PISAR testi edildi, bu da rekord göstəricidir”.

InterPess.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini bildirib.

Tamar Qabunianın dediyinə görə, dünən antigen testləri ilə genişləndirilmiş testlərə başlandı və 1400 hal təsdiqləndi.

"Dünən antigen testləri ilə genişləndirilmiş testlərə başladığımız ilk gün idi. Antigenlə test olunmuş insanlar arasında 1400 hal təsdiqləndi. Bu testə o insanlar aitdir, hansı ki, simptomları var. Test yüksək keyfiyyətlidir. Ailə həkiminin məsləhəti ilə vətəndaş tibb müəssisəsinə müraciət edib testdən keçə bilər. Proqrama cəlb olunan poliklinikaların sayı artır. Virus təsdiqlənmiş şəxslər evdə qalmalıdır, onlarla ailə həkimi əlaqə saxlayacaq. Xəstələr antigen testi ilə tez cavab ala bilirlər. Antigen və PISAR testlərinin sayı dünən rekord həddə 17 minə yüksəldi",- dedi Qabunia.

Bizimlə əlaqə saxlayın