30 
Nybr
2020
11:02
821

Gürcüstanda koronavirusla bağlı SON VƏZİYYƏT

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 3216 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 135 584 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3937 sağalma qeydə alınaraq 113 986 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 37 nəfər ölüb və ölənlərin ümumi sayı 1 267 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın