27 
Nybr
2020
11:21
849

Bu gün koronavirusa yoluxanların hansı bölgələrdən olduqları açıqlandı

"4 780 yeni koronavirus infeksiyası halından 1863-ü Tbilisidə, 664-ü Acariyada, 648-i İmeretidə aşkar edilmişdir".

InterPress.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahı Sədrinin müavini Berdia Sicinava, Hökumət İdarəsində keçirilən brifinqdə bildirib.

O, koronavirusla bağlı son statistikadan bəhs edib.

Bu gün aşkar edilmiş 4 780 yeni infeksiya halından paytaxt və bölgələr üzrə göstəricilər belədir: Tbilisi-1863, Acarıstan - 664, İmereti - 648, Kvemo Kartli - 319, Şida Kartli - 259, Quria - 102, Sameqrelo - Zemo Svanetidə - 385, Kaxeti - 280, Mtçxeta-Mtianeti - 128, Samçxe-Cavaxetiya - 89, Raca-Leçxumi və Kvemo Svaneti - 43.

Bizimlə əlaqə saxlayın