15 
Okt
2020
18:57
912

Tamar Qabunia:"Tbilisidə olan vəziyyət daha çox nəzərə çarpır"

“Acarıstanda koronavirusa yoluxma hallarının sayı, əvvəlki günlərlə müqayisədə artıb, lakin bu gözlənilən idi”.

İnterPress.ge xəbər verir ki, bu haqda Səhiyyə Nazirinin müavini Tamar Qabunia danışıb.

“Biz ikinci dalğanın olacağını bilirdik və buna hazır idik. Acarıstanda sayın artmasına baxmayaraq, Tbilisidə olan vəziyyət daha çox nəzərə çarpır.Hər şeydən əvvəl, imtina edə biləcəyimiz şey əyləncədir. Elə bunun üçün də bu gün müəyyən qərarlar aldıq.

Acarıstana gəldikdə isə , məhdudiyyətləri nə dərəcədə yüngülləşdirə biləcəyimizi düşünürük . Orada virusa yoluxma sayının 200-ə enəcəyini və qorunub saxlanacağını ümid edirik” dedi Tamar Qabunia.

Bizimlə əlaqə saxlayın